Ronaldodan daha bir xoşagəlməz STATİSTİKA
10.12.2022 - 21:46
Ronaldodan daha bir xoşagəlməz STATİSTİKA

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo dünya çempionatının pley-off mərhələsindəki 8 matçda qol vurmağı bacarmayıb.

Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçu bu matçlarda 570 dəqiqə oynayıb və qapılara yalnız 27 zərbə endirməsi ilə yadda qalıb.

Qeyd edək ki, Kriştianu Ronaldo bu gün mundialın 1/4 finalında Mərakeşə uduzduqdan (0:1) dərhal sonra göz yaşları içində meydanı tərk edib.

writer photo
Əlirza Əlirzalı
0