"Mançester Siti" heyətə yeni futbolçular cəlb etməyi planlaşdırır.
Apasport.az saytı xəbər verir ki, İngiltərə təmsilçisi “Leypziq”in müdafiəçisi Yoşko Qvardiolu transfer etmək istəyir.
Artıq klub rəhbərliyi almanlarla danışıqlara start verib. İspaniya “Real”ının da diqqət mərkəzində olan 21 yaşlı müdafiəçinin Mersisayd klubuna yaxın olduğu bildirilir.
2021-ci ilin yayından “Leypsiq” forması geyinən Qvariolun komandası ilə razılaşması 2027-ci ilə kimi nəzərdə tutulub.
Qeyd edək ki, “Transfermarkt” portalının 75 milyon avro olaraq qiymətləndirdiyi futbolçu son mövsümdə 41 oyunda iştirak edib.