Bu gün keçirilən "Zirə" - "Səbail" matçı ilə Misli Premyer Liqasının ilk turuna yekun vurulub.
Apasport.az xəbər verir ki, görüşdən sonra baş tutan mətbuat konfransında qonaqların baş məşqçisi Şahin sualları cavablandırıb:
- Əfsuslar olsun ki, bizdə bu gün alınmadı. Yeni komandayıq. Hesabın böyük olmasının səbəbini deyək. İlk dəfə idi ki, bu futbolçular eyni heyətdə oynayırdılar. Legionerlər bu çempionatın yükünü bilmirdi, asan olduğunu fikirləşirdilər. İlk yarıda istədiyimizi ala bilmədik. Səhvlərimizi bildik. Komanda dominant oynamağa çalışdı, alındı. Yarı qol vəziyyətlərdən qollar buraxırıq. İstedadlı gənclərimiz var. Yaxşı komanda olacağıq. Nəticə nikbin baxmağa əsas verməsə də, bu komanda çox yaxşı olacaq. İddialı komandalardan biri olacağıq.
- Fərid Nəbiyev tez-tez iradlar bildirirdiz. Nə ilə bağlıdır?
- Potensialına bələdəm. Hələ ki, tam formasına düşməyib. İlk yarıda buraxdığımız qollara görə dəyişiklik etdik.
- Azərbaycanlı qapıçı tapmadız, yoxsa necə?
- Çox istəyirəm ki, limit olanda qapıçı yerli olsun. Hüseynəli də perspektivlidir, neçə illərdir ki, zamanını gözləyir.Çempionatda yaxşı qapıçılardan biri olacaq.
- İlk turdan sonra digər komandaları da gördüz. Formaya düşmək üçün “Səbail”ə neçə tur lazımdır?
- İki tur. Birinci hissədən sonra istədiyimi ala bildimsə, ikinci hissə uduzmadıq. Onu ala bildiksə, çox yaxındadır. Daha bir oyun problemimiz ola bilər. Amma üçüncü oyunda stabil oynayacağıq. Bu gün şən futbol oynayırıq. Müdafiədə çox səhv buraxa bilərdik. Yeri gəlmişkən,bugünkü qələbə və avrokuboklardakı mərhələ keçdiklərinə görə "Zirə"ni təbrik edirəm.
- Taktiki səhvlərə görə bu cür uduzduz?
Üstümdən atmaq üçün deyərəm, fərdidir. Mən də məsuliyyəti dərk edirəm. Bu məğlubiyyət mənimdir. Məni çox narahat edən standart vəziyyətdən bəsit qollardır. Burada taktikadan söhbət gedə bilməz. Dördüncü qola baxın, niyə müdafiəçilər geri çəkildi, qarşılamadı? Cibrilla 30 metr azad gəldi, heç kim onu qarşılamadı.
- Hədəf nə olacaq?
- Konkret içimdən gələni deyim: “Səbail” Premyer Liqada qalmaq üçün oynamayacaq.