“Mançester Yunayted” müdafiəçisini icarəyə verdi
02.08.2022 - 00:47
“Mançester Yunayted” müdafiəçisini icarəyə verdi

“Mançester Yunayted”in futbolçusu İtan Lerd karyerasını “Uotford”da davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, sağ cinah müdafiəçisi Çempionşip təmsilçisinə icarəyə veriləcək.

21 yaşlı futbolçunun keçidi razılaşdırılıb. O, bir mövsüm ərzində yeni klubunun formasını geyinəcək.

Qeyd edək ki, “Mançester Yunayted”in əsas komandasında cəmi 4 matç keçirən Lerd son iki ildə “Bornmut”, “Suonsi” və “MK Dons”da icarədə olub. 

writer photo
Əlirza Əlirzalı
0