Ronaldonun “Əl-Nəsr”də debüt oyunu açıqlandı
02.01.2023 - 11:53
Ronaldonun “Əl-Nəsr”də debüt oyunu açıqlandı

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun yeni transfer olunduğu “Əl-Nəsr”də debüt görüşünün vaxt açıqlanıb.

Apasport.az saytının məlumatına görə, superulduz Səudiyyə Ərəbistanı Peşəkar Liqasının XII turunda meydana çıxacağı gözlənilir. 

Yanvarın 5-nə təsadüf edəcək matçda “Əl-Nəsr” “Əl-Tay”ı qonaq edəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. 

Qeyd edək ki, Ronaldo “Əl-Nəsr”lə iki illik müqavilə imzalayıb.

writer photo
Əlirza Əlirzalı
0