“Mançester Yunayted” müdafiəçisini icarəyə verir
06.11.2022 - 23:39
“Mançester Yunayted” müdafiəçisini icarəyə verir

“Mançester Yunayted”in müdafiəçisi Aaron van-Bissaka komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” sağ cinah oyunçusunu qış transfer pəncərəsində icarəyə verməyi planlaşdırır.

25 yaşlı ingiltərəli oyunçunun “Kristal Pelas”a qayıtması gözlənilir. Hazırda iki klub arasında danışıq bu yöndə aparılır. Van-Bissaka “Mançester Yunayted”ə 2019-cu ildə 55 milyon avroya məhz “Kristal Pelas”dan keçib.

Qeyd edək ki, müdafiəçi bu mövsüm cəmi 4 dəqiqə meydanda olub.

writer photo
Əlirza Əlirzalı
0