“Mançester Yunayted” onunla vidalaşdı
01.01.2023 - 22:17
“Mançester Yunayted” onunla vidalaşdı

İngiltərənin “Mançester Yunayted” klubu qapıçısı ilə yollarını ayırıb. 

Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” Martin Dubravkayla razılaşmaya son verildiyini açıqlayıb. 

Buna mövsümün əvvəlində “Nyukasl”dan icarəyə götürən Slovakiya millisinin futbolçusunun geri çağırılması səbəb olub. 

Qeyd edək ki, 33 yaşlı Dubravka İngiltərə Liqa Kubokunun iki oyununda “Mançester Yunayted”in qapısını qoruyub.
 

writer photo
Əlirza Əlirzalı
0