“Mançester Yunayted” PSJ-dən onu istəyir
08.05.2023 - 10:41
“Mançester Yunayted” PSJ-dən onu istəyir

“Mançester Yunayted” yayda heyətini gücləndirməyi planlaşdırır.

Apasport.az saytı xəbər verir ki, İngiltərə təmsilçisi PSJ-dən yarımmüdafiəçi Marko Verattiyə elçi düşüb.

“Qırmızı şeytanlar”da baş məşqçi Erik ten Haq italiyalı futbolçunun mərkəzdə Kasemiro ilə əla tandem olacağının düşünür. Fransa klubu ilə 2026-cı ilə qədər müqaviləsi olan 30 yaşlı futbolçunun da komandanı tərk etmək istədiyi bildirilir. 

Qeyd edək ki, Veratti davam edən mövsümdə 34 matçda iştirak edərək, bir məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0