“Valensiya”da yeni müqavilə
15.06.2023 - 17:22
“Valensiya”da yeni müqavilə

“Valensiya”nın baş məşqçisi Ruben Baraxanın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

47 yaşlı mütəxəssislə yeni müqavilə imzalanıb. Baraxa 2027-ci ilin yayına qədər “yarasalar”ı çalışdıracaq.

Qeyd edək ki, “Valensiya”nın sabiq futbolçusu 2023-cü ilin fevralında klubun baş məşqçisi təyin olunub.

writer photo
Əlirza Əlirzalı
0