"Mançester Yunayted" yeni hücumçu almaq istəyir
27.03.2024 - 15:18
"Mançester Yunayted" yeni hücumçu almaq istəyir

"Mançester Yunayted" yeni hücumçu almaq istəyir.

Apasport.az xəbər verir ki, Rasmus Hoilunda alternativ axtaran "Mançester Yunayted"in "Brentford"da çıxış edən İvan Tonini heyətinə qatmaq istədiyi ilə bağlı məlumat yayılıb.

2020-ci ildən "Brentford"da çıxış edən 28 yaşlı futbolçu bu mövsüm 10 matçda meydana çıxıb və 4 dəfə fərqlənib.

Qeyd edəki, İvan Toni ilə daha öncə “Arsenal” və “Çelsi” də maraqlanırdı.

writer photo
Əlirza Əlirzalı
0