Jerar Pikenin karyerasını bitirmək qərarı “Barselona”nı yeni mərkəz müdafiəçisi axtarışına vadar edib.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu “Atletik”in oyunçusu İniqo Martinesə “elçi düşüb”.
“Barsa” rəhbərliyi bilbaolularla müqavilə müddəti mövsümün sonuna qədər olan 31 yaşlı futbolçunu qış fasiləsində heyətinə cəlb etməyi planlaşdırır. Hətta Martines “Barsa” ilə ilkin razılıq da əldə edib. Ancaq tərəflər mövsümün sonu üçün anlaşıblar. İspaniya nəhəngi müddəti əvvələ çəkmək qərarına gəlib və “Atletik”in onu ucuz qiymətə satmasını istəyib.
Qeyd edək ki, İniqo Martines 2018-ci ildən “Atletik”in formasını geyinir.