“Mançester Yunayted”dən 95 milyonluq transfer
01.09.2022 - 16:56
“Mançester Yunayted”dən 95 milyonluq transfer

Antoninin “Mançester Yunayted”ə keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

“Ayaks”ın vingeri ilə 5+1 illik müqavilə imzalanıb. Transfer 95+5 milyon avroya gerçəkləşib.

Qeyd edək ki, Antoni 2020-ci ildən “Ayaks”da çıxış edir. O, Amsterdam təmsilçisində 82 matçda 24 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0