“Mançester Yunayted”ə getməkdən imtina etdi
18.06.2022 - 00:44
“Mançester Yunayted”ə getməkdən imtina etdi

“Mançester Yunayted” “Ayaks”ın futbolçusu Juryen Timberi transfer etmək istəyir.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı müdafiəçinin keçidində komandanın yeni baş məşqçisi Erik Ten Haq maraqlıdır.

Niderlandlı mütəxəssis Amsterdam klubunda rəhbərliyi altında oynayan futbolçunun transfer olunmasını istəyib. Lakin Timber “Ayaks”dan ayrılmaq fikrində deyil. Bu üzdən də müdafiəçi alacağı təklifdən imtina etməyə qərar verib.

Qeyd edək ki, Timber ötən il Niderlandın əsas yığmasında debüt edib.
 

writer photo
Əlirza Əlirzalı
0