“Mançester Yunayted”in Kolo Muani arzusu
11.06.2023 - 19:44
“Mançester Yunayted”in Kolo Muani arzusu

Harri Keyn transferini reallaşdıra bilməyən “Mançester Yunayted” digər variantları nəzərdən keçirir.

Apasport.az saytı xəbər verir ki, klub Fransa yığmasının üzvü Randal Kolo Muanini heyətinə qatmaq istəyir.

“Qırmızı şeytanlar” bununla bağlı “Ayntraxt”a təklif göndərəcəklər. Əgər tərəflər ortaq məxrəcə gəlsələr, Kolo Muani karyerasını İngiltərədə davam etdirəcək. Hücumçu Bundesliqada 15 qol və 11 ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Kolo Muani “Bavariya”nın da transfer siyahısına daxildir.
 

writer photo
Əlirza Əlirzalı
0