Pepeyə Fransadan təklif
18.08.2022 - 00:00
Pepeyə Fransadan təklif

“Arsenal”ın futbolçusu Nikola Pepe “Nitsa”nın maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, Fransa klubu 27 yaşlı oyunçunu icarəyə götürmək istəyir.

Fil Dişi Sahilindən olan hücumçu ilə bağlı ilkin danışıqlar olub. Futbolçunun özü də Liqa1-dən olan təklifi qəbul etməyə razılıq verib.

Pepe 2019-cu ilin avqustunda “Lill”dən İngiltərə klubuna keçib. O, 80 milyon avroya transfer olunub.

Qeyd edək ki, Pepe ötən mövsümün 23 matçında 3 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0