Ata Cabeer oynamadı, Fələstin mübarizəni dayandırdı
29.01.2024 - 22:19
Ata Cabeer oynamadı, Fələstin mübarizəni dayandırdı

Asiya Kubokunda 1/8 final mərhələsinin görüşləri davam edir.

Apasport.az xəbər verir ki, "Neftçi"nin futbolçusu Ataa Caberin formasını geyindiyi Fələstin millisi Qətər seçməsi ilə qarşılaşıb. Matç Qətərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra Fələstin yığması Asiya Kubokunda mübarizəni dayandırıb.

Ataa Caber bu oyunun iştirakçısı olmayıb. 29 yaşlı yarımmüdafiəçinin adı matçın iştirak ərizəsinə daxil edilməyib.

writer photo
Əlirza Əlirzalı
0