“Mançester Yunayted”in oyunundan sonra dava düşdü
20.09.2023 - 09:32
“Mançester Yunayted”in oyunundan sonra dava düşdü

İngiltərə Premyer Liqasının “Mançester Yunayted” - “Brayton” matçından sonra ev sahibi komandanın futbolçuları arasında dava olub. 

Apasport.az saytı xəbər verir ki, hesabat turunda “qırmızı şeytanlar”ın rəqibinə 1:3 hesablı məğlubiyyəti soyunub-geyinmə otağında münaqişəyə səbəb olub.

Komandanın kapitanı Bruno Fernandeslə yarımmüdafiəçi Skott Maktominayinin mübahisəsi düşüb. Mərkəz müdafiəçiləri Lisandro Martines və Viktor Lindelöf arasında da dava olduğu bildirilir. Hətta vəziyyət o həddə çatıb ki, komandanın baş məşqçisi Erik ten Hag özü tərəfləri ayırmaq məcburiyyətində qalıb. 

Qeyd edək ki, arxada qalan beş turda cəmi iki qələbə qazanan “Mançester Yunayted” topladığı 6 xalla turnir cədvəlinin 14-cü pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0