Maquayra müştəri tapıldı
17.07.2023 - 23:39
Maquayra müştəri tapıldı

“Mançester Yunayted”in futbolçusu Harri Maquayr yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçinin xidmətində “Çelsi” maraqlıdır.

London klubu onun üçün tələb olunan 35 milyon avronu ödəməyə hazırdır. Baş məşqçi Erik Ten Haq dünən verdiyi qərarı ilə Harrini kapitanlıqdan məhrum edib. Bu addımın futbolçunun komandadan getməsinə təkan verəcəyi gözlənilir.

Qeyd edək ki, 2019-cu ildə Mançester təmsilçisinə keçən müdafiəçinin müqaviləsi 2025-ci ildə başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0