Marko Roys ABŞ klubunda
07.08.2024 - 22:28
Marko Roys ABŞ klubunda

Məşhur futbolçu Marko Roysun yeni komandası bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Almaniyalının yeni ünvanı ABŞ olub. O, azad agent qismində "Los Anceles Qalaksi" klubuna qoşulub.

Qeyd edək ki, Roysun müqavilə müddəti 2025-ci ilə qədərdir.

 

writer photo
Əlirza Əlirzalı
0