Marko Roys karyerasına MLS-də davam edəcək
15.08.2024 - 19:22
Marko Roys karyerasına MLS-də davam edəcək

Alman futbolunun əfsanələrindən hesab edilən Marko Roysun yeni komandası bəlli olub.

Apasport.az xəbər verir ki, futbolçu karyerasını MLS-də davam etdirəcək.

Onunla "Los Anceles Qalaksi" klubu müqavilə imzalayıb. Müqavilənin müddəti 2.5 ildir. 

Xatırladaq ki, Marko Roys daha əvvəl "Borussiya Dotmund"un şərəfini qoruyub. 

writer photo
Əlirza Əlirzalı
0