Millimizin rəqibindən maraqlı addım: Mundiala yoqa məşqçisi aparıldı
15.11.2022 - 09:04
Millimizin rəqibindən maraqlı addım: Mundiala yoqa məşqçisi aparıldı

Belçika millisi maraqlı addıma əl atıb.

Apasport.az saytının məlumatına görə, AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan komanda Qətərdə keçiriləcək dünya çempionatına özü ilə hindistanlı məşqçi aparıb.

Belə ki, yoqa təlimatçısı Vinay Menon mundial zamanı belçikalıları müşayiət edəcək. 48 yaşlı mütəxəssis əvvəllər “Çelsi”də olarkən Eden Azar və londonluların keçmiş sahibi Roman Abramoviçlə çalışıb.

Qeyd edək ki, noyabrın 20-də start götürəcək DÇ-2022-də Belçika millisi Kanada, Mərakeş və Xorvatiya ilə qrupda mübarizə aparacaq.

writer photo
Əlirza Əlirzalı
0