“Marsel”də baş məşqçi istefası
01.07.2022 - 17:03
“Marsel”də baş məşqçi istefası

“Marsel” 2022/23 mövsümündə yeni baş məşqçi ilə mübarizə aparacaq.

Apasport.az saytının məlumatına görə, hazırkı çalışdırıcı Xorxe Sampaoli postunu tərk edəcək.

Fransa klubu tezliklə bu barədə rəsmi açıqlama verəcək. Hətta Liqa1 təmsilçisi argentinalının ayrılığından dərhal sonra yeni baş məşqçini təqdim etməyi də planlaşdırır.

Qeyd edək ki, “Marsel” ötən mövsüm Fransa çempionatında 2-ci yeri tutub.
 

writer photo
Əlirza Əlirzalı
0