Marselinonun gözü “Atletiko”da
18.02.2023 - 16:09
Marselinonun gözü “Atletiko”da

“Valensiya”nın sabiq baş məşqçisi Marselino Qarsiya Toralın gələcək planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, mütəxəssis “Atletiko”da çalışmaq istəyir.

Onun gözü Dieqo Simeonenin postundadır. Klub rəhbərliyi də argentinalının işindən narazıdır. Simeone 2011-ci ildən çalışdığı klubu tərk edə bilər.

Qeyd edək ki, ötən mövsümün sonunda “Atletik”dən ayrılan Marselino həmin vaxtdan işsizdir.

writer photo
Əlirza Əlirzalı
0