Mbappe 100 milyona çatdı
07.03.2023 - 00:45
Mbappe 100 milyona çatdı

Kilian Mbappe yaşıl meydanlarda olduğu kimi sosial şəbəkələrdə də fərqlənməkdə davam edir.

Apasport.az saytı xəbər verir ki, PSJ-nin 24 yaşlı hücumçusunun “İnstaqram” izləyicilərinin sayı 100 milyona çatıb.

Fransalı futbolçu dünyada bu göstəriciyə nail olan 30-cu tanınmış şəxs və 6-cı idmançıdır. 

İdmançılar arasında izləyici sayına görə ilk sırada Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo qərarlaşıb -556 milyon izləyici. Argentinalı Lionel Messi (437 milyon), hindistanlı kriketçi Virat Kohli (239 milyon), braziliyalı futbolçu Neymar (205 milyon) və basketbolçu LeBron Ceyms (147milyon) siyahıda yer alan digər atletlərdir.

writer photo
Əlirza Əlirzalı
0