Mbappe ilk turu buraxacaq
07.08.2023 - 14:11
Mbappe ilk turu buraxacaq

Kilian Mbappe Liqa1-in ilk turun oyununu buraxacaq.

Apasport.az saytının məlumatına görə, hücumçu PSJ-nin oyun üçün sifariş vərəqinə daxil edilməyəcək.

Parislilər mövsümə “Loryan”la görüşlə başlayacaq. Avqustun 12-dəki matç PSJ-nin meydanında baş tutacaq. 24 yaşlı forvard transferə çıxarılan futbolçularla hazırlıq keçəcək.

Qeyd edək ki, Mbappe 2017-ci ilin avqustundan Paris klubunda çıxış edir. 
 

writer photo
Əlirza Əlirzalı
0