Mbappe PSJ-yə söz verdi
16.03.2024 - 14:36
Mbappe PSJ-yə söz verdi

PSJ ulduz hücumçu Kilian Mbappe ilə bir məsələdə razılığa gəlib. 

Apasport.az "Sport.es"ə istinadla xəbər verir ki, 25 yaşlı hücumçu parislilərə söz verib ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə qədər "Real"a keçidi elan etməyəcək. 

Vacib matçlar öncəsi komandanın başqa xəbərlərlə diqqətini yayındırmasını istəmirlər. 

Turnirin 1/4 finalında PSJ Kataloniya “Barselona”sı ilə qarşılaşacaq. 

Daha əvvəl mətbuatda Mbappenin "kral" klubu ilə uzunmüddətli müqavilə bağlayacağı haqda xəbərlər yayılmışdı. Fransız futbolçu Madrid komandasının sıralarına azad agent kimi qoşulacaq.

writer photo
Əlirza Əlirzalı
0