Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappenin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, hücumçunun vəziyyətini Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye açıqlayıb.
O bildirib ki, Liqa1-in “Loryan”la matçında zədə üzündən 85-ci dəqiqədə əvəzlənən Mbappenin durumu təhlükəli deyil: “Ciddi bir şey yoxdur. O, daim oynayır. Bu üzdən ən yaxşısı risk etməməkdir. Buna görə də narahatçılıq hiss edən kimi əvəzlənməsini istəmək yaxşıdır. Onu əvəzləməyə də bilərdik. Belə etsəydik, uzun müddətə sıradan çıxardı”.
Qeyd edək ki, PSJ bu matçda 2:1 hesabı ilə qalib gəlib.