Mbappenin futbol dünyasını şoka salan Messi paylaşımı - FOTO
29.08.2024 - 13:49
Mbappenin futbol dünyasını şoka salan Messi paylaşımı - FOTO

"Real Madrid"in ulduzu Kilian Mbappenin "X" hesabı hakerlər tərəfindən ələ keçirilib.

Apasport.az xəbər verir ki, fransalı futbolçunun hesabında Lionel Messi ilə bağlı diqqətçəkən paylaşım edilib.

Hakerlər tərəfindən ələ keçirilən Mbappenin hesabından Lionel Messinin ağladığı fotosu paylaşılıb. 

"Kristiano Ronaldo bütün zamanların ən yaxşı futbolçusudur. Bu cücə mənim üçün "goat" deyil", - paylaşımda qeyd edilib. 

İnsanları kriptovalyuta almağa dəvət edən yazıların ardınca Kilian Mbappe tez bir zamanda hesabını bərpa edib və postlar silinib.

writer photo
Əlirza Əlirzalı
0