Mərc edən futbol adamları cəzalandı – 5 il
11.11.2022 - 16:24
Mərc edən futbol adamları cəzalandı – 5 il

Rusiyada oyunlara mərc edən futbol adamları cəzalanıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Rusiya Futbol İttifaqının Etika Komitəsi verib.

“Yessentuki” klubunun qapıçısı Roman Stukalov və aşağı liqaların oyunlarını idarə edən Maksim Zobov futbol matçlarına mərc etməklə idman qaydalarına zidd davranıb. Bu pozuntular sistematik şəkildə davam edib. 

Bu üzdən də hakim 5 il müddətinə futbolla bağlı istənilən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib. Qapıçı isə qurumun bayrağı altında yarışlarda 2 illik kənarlaşdırılıb.

Qeyd edək ki, futbolçuya tətbiq edilən cəzanın 7 ayı real, 17 ayı icbari xarakter daşıyır.
 

writer photo
Əlirza Əlirzalı
0