Macarıstanın paytaxtı Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət şahmat milliləri bu gün növbəti görüşlərini keçirəcəklər.
Kişilərdən ibarət komandamız 2-ci turda Finlandiya ilə qarşılaşacaq. Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.
Qadınlardan ibarət millimiz isə Avstraliya ilə üz-üzə gələcək. Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.
Qeyd edək ki, 1-ci turda kişilərdən ibarət yığmamız İordaniyaya qalib gəlib - 3,5:0,5. Qadınlardan ibarət komandamız isə Nikaraquanı məğlub edib - 4:0.