Messi azarkeşlərdən üzr istədi
08.02.2024 - 16:04
Messi azarkeşlərdən üzr istədi

Lionel Messi azarkeşlərdən üzr istəyib.

Apasport.az xəbər verir ki, “İnter Mayami”nin ulduzu bu barədə sosial media hesabında paylaşım edib.

Argentinalı Honq-Konqda keçirilən yoldaşlıq qarşılaşmasında oynaya bilmədiyinə görə azarkeşlərdən üzr istəyib: “Honq-Konqda yoldaşlıq görüşündə oynaya bilməməyimin səbəbi qasıq nahiyəmdə zədə olmasıdır. Buna görə çox təəssüflənirəm və sizlərdən üzr istəyirəm. Zədəm ağır idi”.

Qeyd edək ki, argentinalı futbolçunun yoxluğu azarkeşlərin, eləcə də Honq-Konq və Çinin dövlət qurumlarının nümayəndələrinin kütləvi narazılığına səbəb olub.

writer photo
Əlirza Əlirzalı
0