Messi Çempionlar kubokunda
16.08.2023 - 15:36
Messi Çempionlar kubokunda

Lionel Messinin şərəfini qoruduğu “İnter Mayami” KONKAKAF Çempionlar kubokuna vəsiqə qazanıb.

Apasport.az saytının məlumatına görə, Mayami təmsilçisi tarixində ilk dəfə konfederasiyanın ən nüfuzlu klub turnirində oynayacaq.

Buna komandanın Liqalar kubokunun finalına çıxması səbəb olub. Belə ki, turnirdə ilk üç yeri tutan komanda KONKAKAF Çempionlar kubokuna vəsiqə qazanıb.

Liqalar kubokunun hər iki finalçısı – həm “İnter Mayami”, həm “Neşvill” tarixində ilk dəfə Çempionlar kubokuna qatılacaq. Onların hansı mərhələdən yarışa qoşulması finalın nəticəsindən asılı olacaq. Qalib birbaşa 1/8 finalda oynamaq hüququ əldə edəcək.

Qeyd edək ki, 3-cü vəsiqə “Filadelfiya Yunion” və “Monterrey” arasında bürünc medal uğrunda matçın qalibinə veriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0