Messi ilə qonşu oldu, 25 MİLYON DOLLAR QAZANDI
07.01.2024 - 19:35
Messi ilə qonşu oldu, 25 MİLYON DOLLAR QAZANDI

Məşhur iranlı yutuber Patrik Bet-Devidin Mayamidəki evinin qiyməti 20 milyon dollardan 45 milyona yüksəlib. 

Apasport.az xəbər verir ki, Devidin dünya ulduzu Lionel Messi ilə qonşu olması onun evinin dəyərini artırıb. 

Yutuber Norveç mətbuatına açıqlamasında bunları deyib: "Messi Fort Lauderdeylə köçüb və indi hamı burada yaşamaq istəyir. Bura adada hasarlanmış ərazidir, yalnız bir girişi var. Çox təhlükəsiz və qorunan bir ərazidir. İndi Messi buradadır, insanlar qayıqlarla evlərə baxmağa gəlirlər. Hazırkı bazarda mən artıq öz evimdə 25 milyon dollar kapital qazanmışam". 

Qeyd edək ki, Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. 

writer photo
Əlirza Əlirzalı
0