“Real”ın baş məşqçi planı
28.12.2023 - 15:42
“Real”ın baş məşqçi planı

"Real" Karlo Ançelotti ilə müqaviləni yeniləmək niyyətindədir.

Apasport.az xəbər verir ki, "Kral klubu" 64 yaşlı mütəxəssislə anlaşmanı gələn ilin yanvarında uzatmağı planlaşdırır.

Madrid təmsilçisinin rəhbərliyi italyan çalışdırıcısının nəticələrindən razıdır. İspaniyalılar yanvarın 10-na qədər məsələni həll etməyə çalışacaq. Ançelottinin özü də məsələyə müsbət yanaşır.

Qeyd edək ki, mütəxəssis İspaniya nəhənginə 2021-ci ildən başçılıq edir.
 

writer photo
Əlirza Əlirzalı
0