Dünya çempionu Lionel Messinin formasını geyindiyi “İnter Mayami” ABŞ çempionatında növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, komanda səfərdə “Kolumbus” ilə qarşılaşıb. Matç “İnter Mayami”nin qələbəsiylə başa çatıb – 3:2.
Messinin dubl etdiyi görüşdə Luis Suares də bir qol vurub. “Kolumbus”da isə Dieqo Rossi və Çuço Hernandes fərqləniblər.
Bu qələbədən sonra xallarının sayını 68-ə çatdıran "İnter Mayami" mövsümün bitməsinə 2 tur qalmış ABŞ çempionu olub.
Bu, Messinin karyerasında 46-cı tituludur. Argentinalı “Barselona” ilə 35, milli komanda ilə 6, PSJ ilə 3, hazırkı klubu ilə daha 2 kubok qazanıb.
Qeyd edək ki, “İnter Mayami” tarixdə ilk dəfə müntəzəm mövsümün qalibi olub.