Messi ölümlə təhdid edildi
02.03.2023 - 21:52
Messi ölümlə təhdid edildi

PSJ-nin futbolçusu Lionel Messi ölkəsi Argentinada ölümlə hədələnib.

Apasport.az xəbər verir ki, naməlum şəxslər Rosarioda Messinin həyat yoldaşı Antonella Rokutsaya məxsus mağazaya 14 dəfə atəş açıblar. Onlar divara "Messi, səni gözləyirik. Pablo Yavkin (Rosario şəhərinin hazırkı meri) narkotik alverçisidir, səni xilas etməyəcək" yazıblar.

İnsident nəticəsində xəsarət alan olmayıb. Polis hadisəni araşdırır.

writer photo
Əlirza Əlirzalı
0