"Klub nə qədər böyük olsa, paltardəyişmə otağında da eqo bir o qədər böyük olur".
Apasport.az xəbər verir ki, bunu "Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan deyib.
Fransalı mütəxəssis “Real”dakı fəaliyyət dövrü barədə danışıb: “Bununla məşğul olmalısan. Mən həmişə oynamağı xoşlayırdım, uşaqlarla topla məşq edirdim. Onlar sadəcə meydançada qaçmırdılar. Bəli, qaçmaq vacibdir, amma topla. Bu, onların xoşuna gəlir. Məşqçi kimi etdiyim şey oyunçu kimi etməkdən həzz aldığım şeydir. Ümumi bir iş görmək və əylənmək üçün mənə top lazımdır”.
Qeyd edək ki, Zidan “Real”ın baş məşqçisi kimi iki dəfə İspaniya çempionu, üç dəfə Çempionlar Liqasının qalibi, iki dəfə UEFA superkubokunun və Klublararası dünya çempionatının qalibi olub.