"Sabah"-"Makkabi" matçına nə qədər bilet satılıb?
01.08.2024 - 16:18
"Sabah"-"Makkabi" matçına nə qədər bilet satılıb?

"Sabah" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa biletlər tükənir.

Apasport.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Sözügedən qarşılaşma üçün satışa çıxarılmış 8000 biletdən 7500-ü satılıb.

Biletləri "iticket.az" saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək mümkündür.

Qeyd edək ki, "Sabah" - "Makkabi" matçı bu gün saat 20:00-da başlayacaq. Macarıstanda baş tutan ilk oyunda Azərbaycan klubu 3:0 hesablı qələbə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0