Bukmeker kontorları bir çox ağlasığmaz qoyuluşlara şahid olub.
Apasport.az saytının məlumatına görə, böyük britaniyalı Con Prayk qeyri-adi mərci ilə özündən söz etdirib.
O, 2015-ci ilin yayında azarkeşi olduğu “Lester”in Premyer Liqanın çempionu adını qazanacağını təxmin edib. Prayk bunun üçün 20 funtundan keçib.
Həmin vaxt “tülkülər”in qızıl medal qazanmaq əmsalı 5001-ə bərabər olub. Azarkeş 100 mindən çox qazanmaq imkanı əldə edib.
Amma “Lester”in çempionluğa yaxın olduğunu görən bukmekerlər finişə bir neçə tur qalmış Prayka özünü sığortalamaq və 29 min qarşılığında kuponu satmağı təklif edib. Azarkeş “Lester”in sonadək çatdıra bilməyəcəyindən qorxaraq bu cəlbedici təklifə aldanıb. Yekunda azarkeş 29 min, komandası isə 2015/16 mövsümünün çempionluğunu qazanıb.