Messi oynamaq istədiyi klubun adını açıqladı
23.09.2023 - 15:48
Messi oynamaq istədiyi klubun adını açıqladı

Lionel Messi hansı klubda oynamaq arzusunda olduğunu açıqlayıb.

Apasport.az saytı xəbər verir ki, Argentina millisinin kapitanı karyerasını vətənində bitirməyi planlaşdırır.

Superulduz yaşıl meydana “Nyuells Old Boyz” forması ilə vida etmək niyyətindədir: “Bu klubun şərəfini qorumaq mənim çoxdankı arzumdur. Uşaq vaxtı onların meydançasında çıxış etdiyim üçün Argentina futbolundan həzz almaq, “Nyuells Old Boyz”da oynamaq istəyirdim. İnanıram ki, bu istəyimi yerinə yetirə biləcəm”.

Qeyd edək ki, Messi iyulda ABŞ-nın “İnter Mayami” klubu ilə müqavilə imzalayıb. Hücumçunun amerikalılarla müqaviləsi 2025-ci ilin dekabrına qədər nəzərdə tutulub.

writer photo
Əlirza Əlirzalı
0