Messi, Ronaldinyo və Buffon “sülh matçı”nda iştirak edəcək
11.10.2022 - 09:00
Messi, Ronaldinyo və Buffon “sülh matçı”nda iştirak edəcək

Qətərdə keçiriləcək dünya çempionatının startı ərəfəsində Dieqo Maradonanın xatirəsinə “sülh matçı” təşkil olunacaq.

Apasport.az saytının məlumatına görə, tədbir noyabrın 14-də baş tutacaq.

Romadakı Olimpiya Stadionunda keçiriləcək görüşdə Argentina millisinin kapitanı Lionel Messi, əfsanəvi braziliyalı futbolçu Ronaldinyo, İtaliyanın məşhur qapıçısı Canluici Buffon və “Roma”nın baş məşqçisi Joze Mourinyo da iştirak edəcək.

Qeyd edək ki, Maradona 2020-ci il noyabrın 25-də 60 yaşında vəfat edib.

writer photo
Əlirza Əlirzalı
0