Messi “Top-3”də
27.10.2023 - 14:55
Messi “Top-3”də

MLS-də ilin ən yaxşı transferi adına namizədlər müəyyənləşib.

Apasport.az xəbər verir ki, bunu liqanın mətbuat xidməti açıqlayıb.

“İnter Miyami”nin superulduzu Lionel Messi də namizədlər siyahısındadır. Bu mükafata iddiaçıların “Top-3”də “Atlanta Yunayted”in hücumçusu Qiorqis Yakumakis və “Sent Luis Siti”nin yarımmüdafiəçisi Edvard Leven yer alıb.

Qeyd edək ki, 2006-cı ildə təsis edilən bu mükafatın son qalibi “Los-Anceles”in hücumçusu Karlos Vela olub.
 

writer photo
Əlirza Əlirzalı
0