Messi və Neymardan sonra PSJ-də maddi böhran
19.10.2023 - 12:49
Messi və Neymardan sonra PSJ-də maddi böhran

Ulduz futbolçuların gedişi PSJ-ni çətinə salıb.

Apasport.az xəbər verir ki, Lionel Messi və Neymar klubu tərk etdikdən sonra Paris klubu sponsorlarla problem yaşayır.

Belə ki, argentinalının gedişindən sonra Fransa klubunun sosial şəbəkələrdə abunəçi sayı 10-15 milyon azalıb. Həmçinin, komandanın bir sıra sponsorları klubla əməkdaşlığa son qoymağı düşünürlər. “Ooredoo” və “Qatar Airways” də daxil olmaqla Qətər firmalarının sponsorluq töhfələrini yavaşlatdıqları deyilir. PSJ-nin kommersiya departamenti klubun bazası üçün investor tapmaqda və köynəklərin arxasına reklam qoymaqda çətinlik çəkir. Həmçinin ulduz futbolçuların yoxluğu bilet satışına da təsir göstərib.

writer photo
Əlirza Əlirzalı
0