Lionel Messi PSJ-nin “Ayaçço” ilə oyununa start heyətində başlayacaq.
Apasport.az saytının məlumatına görə, bunu Fransa klubunun baş məşqçisi Kristof Qaltye açıqlayıb.
O, cəzadan sonra komandaya qoşulan argentinalı hücumçunun motivasiyalı olduğunu bildirib. 36 yaşlı forvard cəzasının ləğvindən sonra ilk matçına çıxacaq.
Paris klubu mayın 2-də verilən qərarla icazəsiz Səudiyyə Ərəbistanına yollanan Messini əsas komandadan 2 həftəlik kənarlaşdırıb. Sonradan üzr istədiyi üçün cəzası ləğv olunan cənubi amerikalı ayın 8-də kollektiv məşqlərə qoşulub.
Qeyd edək ki, PSJ “Ayaçço” ilə sabah qarşılaşacaq.