Messidən 4-cü titul
21.12.2023 - 13:32
Messidən 4-cü titul

Lionel Messi mükafatlara doymur.

Apasport.az xəbər verir ki, Argentina millisinin 36 yaşlı kapitanı ölkəsində ilin idmançısı seçilib.

Karyerasını ABŞ-ın "İnter Mayami" klubunda davam etdirən superistedad Buenos-Ayres İdman Jurnalistləri Cəmiyyəti tərəfindən təqdim olunan 2023-cü il Qızıl Olimpiya mükafatını alıb. Bu, Lionelin karyerasında dördüncü belə tituldur.

Qeyd edək ki, Messi 2023-cü ildə ABŞ Liqa Kubokunu qazanaraq turnirin bombardiri adına sahib çıxıb. O, həmçinin bu il “Qızıl top” mükafatına da sahib olub.

writer photo
Əlirza Əlirzalı
0