Meydanda huşunu itirən futbolçu vəfat edib - VİDEO
28.08.2024 - 11:38
Meydanda huşunu itirən futbolçu vəfat edib - VİDEO

Uruqvayın “Nasyonal” klubunun futbolçusu Xuan İskerdo vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

28 yaşlı yarımmüdafiəçi Libertadores Kubokunun 1/8 final mərhələsində Braziliyanın “San Paulo” komandası ilə görüşdə meydanda huşunu itirib və xəstəxanaya aparılıb.

Futbolçuya ürək ritminin pozulması və kəllədaxili təzyiqin artması diaqnozu qoyulub. 

İskerdo karyerası ərzində ölkəsində “Nasyonal”la yanaşı, “Liverpul”, “Montevideo”, “Atletiko San Luis”, “Penayrol” kimi klublarda çıxış edib. O, 2022-ci ildə “Nasyonal”la Uruqvay çempionu olub.

 

writer photo
Əlirza Əlirzalı
0