"Borussiya Münhenqladbax"ın yarımmüdafiəçisi Manu Kone iki A Seriya klubunun radarındadır.
Apasport.az xəbər verir ki, fransız futbolçu klubundan ayrılmaq istəyir və artıq müqavilənin uzadılması təklifini rədd edib.
“Milan” və “Roma” yaranmış vəziyyətdən istifadə etməyə hazırdır və 23 yaşlı yarımmüdafiəçini transfer etmək imkanını nəzərdən keçirir. Transferin təxmini dəyəri 20-25 milyon avro təşkil edir.
Manu Konenin "Borussiya Münhenqladbax"la hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. Futbolçu bütün turnirlərdə komandasının heyətində 86 matçda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.