Milner İngiltərə futbol tarixinə düşüb
22.09.2023 - 12:56
İngilis futbolçu Ceyms Milner adını ölkəsinin futbol tarixinə yazdırıb.
Apasport.az saytı xəbər verir ki, "Brayton"un yarımmüdafiəçisi Ceyms Milner avrokuboklarda beş fərqli ingilis klubunda çıxış edən ilk yerli futbolçu olub.
37 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçirilən "Brayton" - AEK matçında start heyətdə meydana çıxıb. 55 dəqiqə meydanda qalan Milner komandasının 2:3 hesablı məğlubiyyətinə əngəl ola bilməyib.
Qeyd edək ki, o, daha əvvəl “Nyukasl”, “Aston Villa”, “Mançester Siti” və “Liverpul”la da avrokubok oyunlarında iştirak edib.
0
0