“Milan”dan 30 milyonluq təklif
16.07.2022 - 00:43
“Milan”dan 30 milyonluq təklif

“Milan” “Brügge”nin futbolçusu Şarl de Keteların transferində israrlıdır.

Apasport.az saytının məlumatına görə, İtaliya çempionu 21 yaşlı hücumçunun keçidi üçün belçikalılarla danışığa başlayıb.

“Rossonyerlər” Belçika millisinin üzvünə görə, qarşı tərəfə 30 milyon avro və əlavə 5 milyon bonus təklif edib. Bir neçə gün əvvəl “Milan”ın 27 milyon avroluq təklifini rədd edən “Brügge” bu dəfə qərarını qətiləşdirməyib. Futbolçu özü isə italyanlarla 5 illik müqavilənin şərtlərini razılaşdırıb.

Qeyd edək ki, Şarl de Ketelar İngiltərə klublarının da maraq dairəsindədir.

writer photo
Əlirza Əlirzalı
0