Flavinyo: “Neftçi”yə bunun əvəzini çıxmaq o qədər də çətin deyil”
12.12.2022 - 09:20
Flavinyo: “Neftçi”yə bunun əvəzini çıxmaq o qədər də çətin deyil”

“Neftçi” yenidən peşəkar və böyük komanda olmaq arzusundadır. Hələlik sanki “Qarabağ”a uduzmağa uyğunlaşıb. Bu komandanın titul uğrunda mübarizə aparacağına inanmıram. “Neftçi” hər il eyni səhvləri təkrarlayır”.

Bunu apasport.az saytına “Neftçi”nin sabiq futbolçusu Flavinyo deyib.

Beş il “ağ-qaralar”ın formasını geyinmiş braziliyalı sabiq komandasının bu mövsümdəki çıxışını dəyərləndirib. O, “Neftçi”nin ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündəki məğlubiyyətin əvəzini çıxacağına inanır: “Zirə” ilə oyundakı 0:1 hesablı nəticənin cavab görüşündə əvəzini çıxmaq o qədər də çətin deyil. Sadəcə, “Neftçi”nin ambisiyası yoxdur. “Qarabağ” yaxşı olanları klubda saxladı və getdikcə yaxşılaşmağa davam etdi, "Neftçi"də isə belə olmadı. Buna görə də indi özünə gələ bilmir. Sanki bərpa olunmaqda çətinlik çəkir”. 
 
Flavinyonun sözlərinə görə, “Neftçi” üçün sanki nəticənin fərqi yoxdur: “Nələrin baş verdiyini bilmirəm. Amma deyəsən, məqsəd dəyişib. Hər halda, “Neftçi”yə uğurlar arzu edirəm”.

Qeyd edək ki, Flavinyo 2010-2015-ci ildə “Neftçi”nin formasını geyinib.
 

writer photo
Əlirza Əlirzalı
0